Kataloniyanın spikeri 150 min avroya azadlığa buraxıldı

Kataloniyanın spikeri 150 min avroya azadlığa buraxıldı
  10 Noyabr 2017    Oxunub:1155
Kataloniya parlamentinin sədri Karme Forkadel azadlığa buraxılıb.
TASS-ın verdiyi xəbərə görə, İspaniya Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Spikerin azadlığa buraxılması üçün 150 min avro girov ödənildiyi bildirilib.

Qeyd edək ki, noyabrın 9-da İspaniya Ali Məhkəməsi Forkadelin girov müqabilində azad olunma hüququ saxlanılmaqla həbsi barədə qərar çıxarıb. Prokurorluq parlament başçısı və daha bir neçə deputatı üsyana cəhddə və dövlət vəsaitinin israf olunmasında ittiham edib.

AzVision.az


Teqlər: Kataloniya  





Xəbər lenti