Putin və Tramp bir-birinin əlini sıxdı

Putin və Tramp bir-birinin əlini sıxdı
  11 Noyabr 2017    Oxunub:2084
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin Vyetnamın Da Nanq şəhərində keçirilən sammitində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin bir-biri ilə əl tutaraq salamlaşıblar.
Prezidentlər sammitin açılışı münasibətilə “Şeroton” otelində keçirilən qala gecəyə gəliblər. Şam yeməyindən əvvəl liderlər rəsmi foto çəkdirmək üçün sıraya düzülüblər. Tramp artıq orada dayanmış Putinə yaxınlaşıb, onlar bir-birini təbəssümlə salamlayıb və əl tutaraq görüşüblər.

Moskvanın hazır olmasına və ABŞ Prezidentinin arzusuna baxmayaraq, hələlik iki ölkənin dövlət başçılarının görüşü keçirilməyib.

Trampın sammitin ümumi tədbirlərində Putinlə təmas qurmaq üçün bir neçə imkanı olub. Lakin o, nə birinci, nə də ikinci iclasa gəlməyib.

Xatırladaq ki, APEC liderlərinin Vyetnam sammiti noyabrın 10-11-də keçirilir.

AzVision.az


Teqlər: Putin   Tramp  





Xəbər lenti