Rusiyadakı faciəyə görə matəm elan edildi

Rusiyadakı faciəyə görə matəm elan edildi
  11 Noyabr 2017    Oxunub:1649
Rusiyanın İjevsk şəhərində yaşayış binasının çökməsi ilə əlaqədar Udmurtiya Respublikasında ikigünlük matəm elan edilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Udmurtiya rəhbəri Aleksandr Breçalov fərman imzalayıb.

Fərmana əsasən regionda bütün əyləncəli verilişlər, tədbir və konsertlər ləğv edilib.

Qeyd edək ki, İjevskdə yaşayış binasında partlayış noyabrın 10-da baş verib. Faciə nəticəsində 7 nəfər həlak olub.

AzVision.az


Teqlər: Rusiya   Matəm  





Xəbər lenti