Ermənistanda iki əsgərin öldürülməsi faktı gizlədilib

Ermənistanda iki əsgərin öldürülməsi faktı gizlədilib
  11 Noyabr 2017    Oxunub:2300
İşğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgərin xidmət yoldaşları tərəfindən öldürülməsi faktı gizlədilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının düşmən tərəfindən döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi “bronejiletdə olublar”.

Lakin baxış zamanı ölənlərin hər ikisinin bronejiletlərinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin düşmən tərəfindən deyil, münaqişə zəmnində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir. Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi də məlumdur. Hər iki insidentlə bağlı Ermənistan müdafiə nazirliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində rəsmi açıqlamalar görə Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölən və 88 nəfər yaralananan var. Lakin müstəqil mənbələr bu rəqəmilərin 2-3 dəfə çox olduğunu bildirirlər.

AzVision.az



Teqlər: Ermənistan   əsgər  





Xəbər lenti