Telman İsmayılov həbs olunacaq

Telman İsmayılov həbs olunacaq
  11 Noyabr 2017    Oxunub:4074
Rusiyada Moskvanın Basman rayon məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovu qətldə təqsirli bilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iş adamı iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilib. Telman İsmayılov beynəlxalq axtarışa verilib.

Telman İsmayılovun vəkili Marina Rusakova deyib ki, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya şikayəti verilib.

Qeyd edək ki, ötən ilin yazında baş verən qətl hadisələri ilə bağlı Telman İsmayılova məxsus 12 ünvanda yoxlamalar həyata keçirilib, onun qardaşı Rafiq İsmayılov həbs edilib.

AzVision.az


Teqlər: Rusiya   Telman-İsmayılov  





Xəbər lenti