İŞİD İraqa 100 milyard dollar ziyan vurub

İŞİD İraqa 100 milyard dollar ziyan vurub
  11 Noyabr 2017    Oxunub:1811
İraqın İŞİD-lə apardığı müharibə nəticəsində ölkəyə 100 milyard dollar dəyərində ziyan dəyib.
AzVision.az xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi deyib. Baş nazirin sözlərinə görə bu məbləğə İŞİD-in İraq əhalisinə vurduğu ziyan daxil edilməyib.

Əl-Abadi bildirib ki, hökumət sosial şəbəkə vasitəsi ilə radikal ideyaları yayan İŞİD-in ideoloqlarına da qarşı mübarizə aparır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İŞİD   İraq  





Xəbər lenti