Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı

Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı
  11 Noyabr 2017    Oxunub:1932
Bu günlərdə Ermənistan müdafiə nazirliyinin daha bir zabiti barədə rüşvətalma maddəsi ilə cinayət işi başlanıb.
AzVision.az xəbər verir ki, İrəvan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3.000 ABŞ dolları məbləğində rüşvət tələb olunub.

Rüşvətalma faktı ilə əlaqədar hərbi hissənin qərərgah rəisi vəzifəsində xidmət edən kapitan Hamlet Levonyan barədə cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.

Fakt sübuta yetirilərsə H.Levonyan uzun illər “xidmətini” dəmir barmaqlıqlar arasında davam edəcəkdir.

AzVision.az


Teqlər: Ermənistan   Rüşvət  





Xəbər lenti