Gülənin qaçırılması üçün 15 milyonluq təklif - Türkiyəni silkələyən iddia

Gülənin qaçırılması üçün 15 milyonluq təklif - Türkiyəni silkələyən iddia
  11 Noyabr 2017    Oxunub:13587
ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti sensasion iddia irəli sürüb. Qəzetin yaydığı məlumata görə, FETÖ lideri Fətullah Gülənin ekstradisiyası üçün Türkiyə hökuməti ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinnə 15 milyon dollar təklif edib.
AzVision.az xəbər verir ki, Türkiyə və ABŞ-da ciddi rezonans doğuran iddiaya Flinnin vəkili Robert Kelner dərhal reaksiya verib. O, bütün iddiaları rədd edərək Gülənin qaçırılması haqda 15 milyon dollarlıq təklifin yalan olduğunu bəyan edib.

"Bunlar çirkin yalandır"- deməklə vəkil məsələyə münasibət bildirib.

Türkiyə tərəfindən isə rəsmi şəkildə bu iddiaya hələlik hər hansı münasibət bildirilməyib.

“The Wall Street Journal” qəzeti isə iddia edir ki, Mayk Flinn vəzifədə olduğu zaman Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin həbs edilib Türkiyə hökumətinə təhvil verilməsini istəyib. Flinnin oğlu bu məsələdə atasını dəstəkləyib. Belə ki, onlar rəsmi Ankaranın tələbi ilə 15 milyon dollar müqabilində Fətullah Gülənin həbs olunub, Türkiyəyə göndərilməsinə razılıq veriblər.

AzVision.az


Teqlər: ABŞ   FETÖ   Fətullah-Gülən  





Xəbər lenti