Putin Trampla görüşə bilməməsinin səbəbini açıqladı

Putin Trampla görüşə bilməməsinin səbəbini açıqladı
  11 Noyabr 2017    Oxunub:2400
Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun sammitində ABŞ lideri Donald Trampla baş tutmayan fərdi görüşünün hər iki ölkənin münasibətlərində böhranın davam etdiyindən xəbər verdiyini bildirib.
BBC-nin məlumatına görə, Putin sammit meydanlarında Trampla qısa görüşünü uğurlu adlandırıb: “Biz bugünkü iclasın gedişində söhbətləşdik. İstədiyimiz hər bir məsələni ümumi və tam olaraq müzakirə etdik”.

Tramp isə öz növbəsində sammit zamanı Putinlə bir neçə dəfə qısa şəkildə danışdığını deyib. Amerika lideri jurnalistlərə müsahibəsində Putinin onunla hər görüşdə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə ittihamları təkzib etdiyini vurğulayıb. Trampın sözlərinə görə, Rusiya Prezidenti daimi ittihamlardan çox məyusdur.

ABŞ prezidenti Rusiyanın seçkilərə mümkün müdaxiləsi barədə təhqiqatın ölkələr arasında münasibətlərin sabitləşməsinə maneə yaratdığını bəyan edib.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Putin   Tramp  





Xəbər lenti