Toqquşma: 1 ölü, 1 yaralı

Toqquşma: 1 ölü, 1 yaralı
  02 Mart 2013    Oxunub:2036
Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünən axşam saatlarında Qazax rayonu ərazisində, Sənan Paşayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Məmməd Şərifovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusu toqquşub.

Nəticədə sərnişinlərdən Araz Quliyev hadisə yerində ölüb. Xəsarət almış digər sərnişin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Faktla əlaqədar cinayət işi açılıb.


Teqlər:  





Xəbər lenti