MSK İTV-dəki qalmaqaldan danışdı

MSK İTV-dəki qalmaqaldan danışdı
  20 Sentyabr 2013    Oxunub:1022
İctimai Televiziyanın prezidentliyə namizədlər üçün təşkil etdiyi teledebatdakı qalmaqala MSK da münasibət bildirib.
Dünən İctimai Televiziyada prezidentliyə namizədlərin ikinci teledebatında qalmaqal yaşanıb. Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevlə Milli Şuranın namizədi Cəmil Həsənli arasında söz savaşı “butulka” savaşına çevrilib və onlar debatı tərk eləmək məcburiyyətində qalıblar.

Yaşanan qalmaqalla bağlı Mərkəzi Seçki Komissiyanın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev AzVision.az-a danışıb: “Bu məsələyə MSK-da baxılacaq. İndi iş günü yeni başlayıb. Amma MSK tərəfindən məsələyə baxılacaq”-,deyə MSK rəsmisi qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti