Tanınmış teleaparıcı intihar edib - Yenilənib

Tanınmış teleaparıcı intihar edib - Yenilənib
  12 Noyabr 2017    Oxunub:3656
Rusiyada tanınmış teleaparıcı Boris Notkinin cəsədi tapılıb.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Notkinin meyiti yaşadığı evdə aşkar edilib. Onun başından aldığı güllə yarasından öldüyü məlum olub.
Son məlumatlara görə, teleaparıcı intihar edib. Onun cəsədinin yanında intiharda istifadə etdiyi silah tapılaraq, maddi sübut kimi götürülüb.

Aparıcının intihardan öncə məktub yazdığı bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.



Qeyd edək ki, Boris Notkin “TV Center” telekanalının rəhbərlərindən biri, həmçinin “Boris Notkin dəvət edir” verilişinin aparıcısı və rəhbəri olub.

AzVision.az


Teqlər: Rusiya   Qətl  





Xəbər lenti