İqbal Ağazadə Hafiz Hacıyevə cavab verdi

İqbal Ağazadə Hafiz Hacıyevə cavab verdi
  20 Sentyabr 2013    Oxunub:1304
“Hafiz Hacıyev haqqında heç bir şeylə bağlı danışmaq istəmirəm. Dediklərinin hamısı yalandır. Ümumiyyətlə, onun ciddi sözü var ki?”.
Bu sözləri AzVision.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ötən gün baş tutan debatda onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Partiya sədri vurğulayıb ki, onun fikirləri müzakirə olunmamalıdır: “Bir cəmiyyət ki, Hafiz Hacıyevin fikirləri ilə bağlı müzakirə açırsa, vay o cəmiyyətin halına”.

Qeyd edək ki, Hafiz Hacıyev ötən gün İctimai televiziyada prezidentliyə namizədlərin teledebatında İqbal Ağazadəni nəzərdə tutaraq deyib: “Yanımda oturan agent danışır, durur aradan cırır qaçır. Yığışdırın özünüzü, siz məni məhv edə bilməzsiniz. Sizin hamınızı məhv edərəm!”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti