Tramp Kim Çen Inla dost olmaq istəyir

Tramp Kim Çen Inla dost olmaq istəyir
  12 Noyabr 2017    Oxunub:2464
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dost olmağa çalışdığını və buna nə vaxtsa nail olacağına ümid etdiyini bəyan edib.
AzVision.az xəbər verir ki, Tramp bu barədə “Twitter” hesabında yazıb:

“Nə üçün Kim Çen In məni “qoca” adlandıraraq, təhqir etməyə çalışır? Amma mən ona heç vaxt “balaca və kök” deməzdim. Çünki mən onun dostu olmağa çalışıram və ümid edirəm ki, buna nə vaxtsa nail olacağam”.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti