Sloveniyanın yeni prezidenti məlum oldu - Yenilənib

Sloveniyanın yeni prezidenti məlum oldu - Yenilənib
  13 Noyabr 2017    Oxunub:1897
Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor prezident seçkilərinin bu gün keçirilən ikinci turunda qələbə qazanıb.
"RİA Novosti"-nin verdiyi xəbərə görə, bu barədə Sloveniyanın Dövlət Seçki Komissiyası məlumat yayıb.

İlkin nəticələrə görə, 53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.

***
(12:43)

Sloveniyada keçirilən növbəti prezident seçkilərinin ikinci turuna start verilib.

Oktyabrın 23-də keçirilən prezident seçkiləri hazırkı dövlət başçısı Borut Pahorun üstünlüyü ilə başa çatsa da, o, mütləq səs çoxluğu əldə edə bilməyib.

B.Pahor ikinci turda Kamnik şəhərinin meri Maryan Şaretsə qarşı mübarizə aparır. M.Şarets birinci turda 24,9 faiz səslə ikinci yer tutub.

AzVision.az


Teqlər: Sloveniya  





Xəbər lenti