İraqda helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

İraqda helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb
  12 Noyabr 2017    Oxunub:1616
İraq Hava Qüvvələrinə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb. Helikopterdə olan 7 nəfərin hamısının öldüyü bildirilib.
"Anadolu" agentliyinin məlumatına görə, İraq ordusunun zabiti Hakim əl-Əsədi helikopterin Bağdadın 180 kilometr cənubundakı Vasıt vilayətinin Şorca bölgəsində qəzaya uğradığını söyləyib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin bölgədə silahlı dəstələrin olmadığını vurğulayan Hakim əl-Əsədi qəzanın texniki səbəbdən baş verə biləcəyini ehtimal edib.

AzVision.az


Teqlər: İraq   Helikopter   Qəza  





Xəbər lenti