İranda Avropa İttifaqının ofisi açılacaq

İranda Avropa İttifaqının ofisi açılacaq
  12 Noyabr 2017    Oxunub:1411
"Avropa İttifaqının Tehranda ofisinin açılması məsələsi İranın Xarici İşlər Nazirliyinin gündəmindədir".
Bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri bu gün keçirdiyi mətbuat konfransında deyib. Cahangiri bildirib ki, İran ilə Avropa ölkələrinin münasibətlərinin qədim tarixi var.

“İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra münasibətlərin inkişafında intensivlik müşahidə olunur. Tərəflər siyasi və iqtisadi əlaqələri davam etdirmək niyyətindədirlər. Avropa şirkətləri İrana sərmayə yatırmağa hazırdırlar. Münasibətlər yüksələn xətlə inkişaf edir. Bütün bunlar Avropa İttifaqının Tehranda ofisinin açılmasını zərurətə çevirib” - İranın birinci vitse-prezidenti deyib. (AzərTAc)

AzVision.az


Teqlər: İran    





Xəbər lenti