Gürcüstanda 5 nazirlik ləğv ediləcək

Gürcüstanda 5 nazirlik ləğv ediləcək
  12 Noyabr 2017    Oxunub:2319
Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri ediləcək.
Gürcüstan KİV-lərinin yaydığı məlumata görə, 18 nazirlikdən 5-i ləğv olunacaq.

Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək. Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq, struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.

AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti