“Putindən soruşdum, “mən eləməmişəm” dedi” - Tramp

“Putindən soruşdum, “mən eləməmişəm” dedi” - Tramp
  13 Noyabr 2017    Oxunub:1443
ABŞ prezidenti Donald Tramp Vyetnamda ayaqüstü söhbət zamanı Rusiya prezidenti Vladimir Putindən Rusiyanın Amerikada keçirilən prezident seçkilərinə müdaxilə edib-etmədiyini soruşub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Asiya səfəri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Putindən ABŞ-dakı seçkilərə müdaxil edib-etmədiyini soruşdum. O, "mən eləməmişəm" dedi. Putindən hər dəfə soruşanda, bu cavabı verdi. Həqiqətən inanıram ki, o, “mən eləmədim” deyəndə seçkiyə müdaxil etmədiyini deyir”- Tramp vurğulayıb.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Rusiya   Putin  





Xəbər lenti