Ərdoğan bu gün Putinlə görüşəcək - Gündəmdə Qarabağ da var

Ərdoğan bu gün Putinlə görüşəcək - Gündəmdə Qarabağ da var
  13 Noyabr 2017    Oxunub:2834
Bu gün Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə görüş keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Liderlərin görüşü zamanı müzakirə olunan əsas məsələ terrorizmlə mübarizə və Suriyadakı durum olacaq: “Görüş zamanı regional və beynəlxalq məsələlər, həmçinin ticari-iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlıq müzakirə olunacaq”.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyini bildirmişdi:

“Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfində olmağa davam edəcək. Növbəti həftə və ya digər həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyəm. Onun bu münaqişənin həllində mövqeyi çox önəmlidir. Əgər cənab Putin həqiqətən bu məsələyə diqqət yetirsə, onu həll etmək asan olacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti