Əli Xameneyi İran xalqına müraciət edib

Əli Xameneyi İran xalqına müraciət edib
  13 Noyabr 2017    Oxunub:2027
İranın ali dini lideri Seyid Əli Xameneyi İranın qərbində baş verən zəlzələ ilə bağlı xalqa müraciət edib.
AzVision.az “Mehrnews”-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Böyük acı və təəssüf hissi ilə ölkənin qərbində bəzi vətəndaşlarımızın həyatını itirməsi və bir çoxunun da yaralanması ilə nəticələnən zəlzələnin baş verməsi barədə xəbəri aldım. Rəsmilər hadisə qurbanları, xüsusilə dağıntılar altında olanların yardımına qaçaraq bütün güclərini təbii fəlakət zamanı həyatını itirənlərin sayının artmaması üçün sərf etməlidir. Bu acı olayla bağlı İran milləti və xüsusilə Kirmanşah xalqı, hadisədən zərərçəkən şəxslərin ailələrinə başsağlığı verirəm".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Zəlzələ  





Xəbər lenti