Ərdoğanın Rusiyaya səfəri başlayır

Ərdoğanın Rusiyaya səfəri başlayır
  13 Noyabr 2017    Oxunub:1126
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya kritik səfəri başlayır.
AzVision.az xəbər verir ki, Ərdoğan və onu müşayiət edən nazirlər Ankarada yerləşən Esenboğa hava limanından bu gün yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 15:30) Soçiyə yola düşəcək.

Qeyd edək ki, Türkiyə prezidenti səfər zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Liderlərin görüşü zamanı müzakirə olunan əsas məsələ terrorizmlə mübarizə və Suriyadakı durum olacaq. Bundan əlavə prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin də müzakirə olunacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan   Putin   Rusiya   Soçi  





Xəbər lenti