Əlindən 51 min manatı alıb qaçdılar

Əlindən 51 min manatı alıb qaçdılar
  20 Sentyabr 2013    Oxunub:992
Bakının Nizami rayonunda külli miqdarda pul oğurlanıb.
Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hadisə dünən saat 15.00 radələrində baş verib.

Nəsimi rayon sakini, 1974-cü il təvəllüdlü Qurban Xəlilov «Texnikabank»dan çıxarkən, iki nəfər naməlum şəxs onun əlində olan polietilen paketə bükülmüş 50966 manat pulu alaraq qaçıblar. Hadisəni törədənlər hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti