Bir milyon üçün nəyi fəda edərdiniz?

Bir milyon üçün nəyi fəda edərdiniz?
  20 Sentyabr 2013    Oxunub:1162
“Bir milyon funtsterlinq üçün sevgilinizdən ayrılarsınız?”
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərədə bu mövzuda keçirilən sorğunun nəticələrinə görə, hər 10 kişidən 1-i bu suala “hə” cavabı verib.

Qadınlardan isə, hər 20 nəfərdən biri bir milyon funtsterlinq üçün sevgilisindən ayrılacağını qeyd edib.

Sorğuda iştirak edən kişilərin 11%-i pul üçün dostlarından imtina edəcəyini, qadınların isə 50%-i pul üçün şokolad yeməyəcəyini deyib.

Sorğu iştirakçılarının bir qismi isə pul üçün edə biləcəkləri fədakarlıqlar sırasında “ömür boyu pivə içməmək” və “1 il qaynanası ilə bir evdə qalmaq” cavablarını səsləndiriblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti