Bir gündə 25 milyardlıq alış-veriş etdilər – Yeni rekord

  13 Noyabr 2017    Oxunub : 2915
Bir gündə 25 milyardlıq alış-veriş etdilər – Yeni rekord

Çinin internet-ticarət portalı olan “Alibaba Group Holdings Ltd” noyabrın 11-də bu ölkədə qeyd olunan yalqızlar günü və ya subaylar günündə rekord göstəricidə satış həyata keçirib.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə şirkət öz rəsmi bloqunda məlumat yayıb.

Məlumata əsasən, həmin gün “Alibaba” platformalarında həyata keçirilən satışların ümumi həcmi 25,3 milyard dollar olub. Bu da ötən il qeydə alınan göstəricidən 39% yuxarıdır.

2016-cı ilin rekordu (17,8 milyard) satışların başlamasından 13 saat sonra qırılıb. Ümumilikdə, kampaniyada 140 min brend iştirak edib ki, onlardan da 60 mini beynəlxalq brenddir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Alibaba