İrəvanda tələbələrin etirazı davam edir - VİDEO

İrəvanda tələbələrin etirazı davam edir - VİDEO
  13 Noyabr 2017    Oxunub:2619
Ermənistanda artıq ikinci həftədir ki, tələbələrin “hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsinə etirazları davam edir.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, tələbələr bu gün İrəvan Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçiriblər.
Ermənistan Dövlət Təhlükəsizliyi İdarəsi tələbələrə etiraz aksiyalarını dayandırmaq barədə xəbərdarlıq edib. Etiraz edən tələblər dünən baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Görüşlər nəticəsiz qalıb.

Xatırladaq ki, Ermənistan parlamentinin birinci oxunuşda qəbul etdiyi “Hərbi xidmət haqqında” yeni qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti