Ərdoğan Rusiyaya yollandı: “Putinlə Qarabağı müzakirə etmək istəyirəm”

Ərdoğan Rusiyaya yollandı: “Putinlə Qarabağı müzakirə etmək istəyirəm”
  13 Noyabr 2017    Oxunub:3392
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu gün baş tutacaq görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək istədiyini bir daha bəyan edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Rusiyaya səfərim zamanı Dağlıq Qarabağ məsələsini ilə bağlı müzakirə aparmağı düşünürəm”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti daha sonra Rusiyaya rəsmi səfərə yola düşüb.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə görüş keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Dağlıq-Qarabağ   Rusiya   Türkiyə   Putin   Ərdoğan  





Xəbər lenti