Ərdoğan-Putin görüşü başa çatdı - FOTO (Yenilənib)

Ərdoğan-Putin görüşü başa çatdı - FOTO (Yenilənib)
  14 Noyabr 2017    Oxunub:7437
Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.


"RİA Novosti"nin yaydığı xəbərə görə, liderlər arasında söhbət 4 saatdan artıq davam edib.
Geniş tərkibli danışıqlardan sonra tərəflər yenidən məhdud tərkibdə söhbətə qayıdıblar.

Prezidentlər görüşdən sonra mətbuat üçün bəyanatla çıxış ediblər.



***
(21:32)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş başa çatıb.

AzVision.az xəbər verir ki, Soçidə baş tutan görüş 2 saat 10 dəqiqə davam edib.

Putin bildirib ki, Moskva-Ankara münasibətləri tam bərpa olunub. Rusiya liderinin sözlərinə görə, cari ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb.

Ərdoğan isə deyib ki, Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər inkişaf edir.

***
(19:14)

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Soçidə keçirilən görüşdə Ərdoğanı Ordu generalı Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.

Liderlərin görüşündə Suriya münaqişəsi daxil olmaqla bir sıra önəmli məsələlər müzakirə olunacaq. Görüşdən sonra prezidentlər bəyanatla çıxış edəcəklər.



AzVision.az


Teqlər: Putin   Ərdoğan   Rusiya   Türkiyə  





Xəbər lenti