Türkiyədə terror aktının qarşısı alınıb

  13 Noyabr 2017    Oxunub : 310
Türkiyədə terror aktının qarşısı alınıb

İstanbulun Atatürk Hava Limanındakı Metro stansiyasında terror təhlükəsi yaşanıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, stansiyanın girişində müəyyən edilən çantada bomba aşkarlanıb.

Təhlükəsizlik qüvvələri bombanı partladaraq zərərsizləşdirib. Metronun hərəkəti bərpa olunub.

AzVision.az

Teqlər: Türkiyə   Terror   Bomba