Putin Ərdoğanla keçirdiyi mətbuat konfransında əsəbiləşdi

Putin Ərdoğanla keçirdiyi mətbuat konfransında əsəbiləşdi
  14 Noyabr 2017    Oxunub:13273
Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında görüşdən sonra keçirilən mətbuat konfransında problem yaşanıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Putin çıxışa başlayan zaman sinxron tərcümə sistemi işləməyib. Türkiyə rəsmiləri Putinin çıxışını başa düşə bilməyiblər. Bu olay Rusiya prezidentini qəzəbləndirib.

O, problemin aradan qaldırılmadığını görüncə çıxışını dayandırıb. Daha sonra tərcüməçisinin köməkliyi ilə Putin çıxışına davam edib.

Qeyd edək ki, Ərdoğan-Putin görüşü 4 saat davam edib. Görüşdə Suriya daxil olmaqla bir çox məsələlər müzakirə olunub.

AzVision.az


Teqlər: Putin   Ərdoğan  





Xəbər lenti