Peskov Soçi görüşünü şərh etdi: “Detallar açıqlana bilməz”

Peskov Soçi görüşünü şərh etdi: “Detallar açıqlana bilməz”
  14 Noyabr 2017    Oxunub:2121
"Prezidentlərin görüşü zamanı elə mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana bilməz"
AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanla Putinin Soçi görüşünü şərh edərkən deyib.

O, ABŞ və Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı sualı cavablandırıb: “Danışıqlarda daha mürəkkəb mövzular var idi ki, detallar açıqlana bilməz”.

Qeyd edək ki, ötən gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Liderlər arasında söhbət 4 saatdan artıq davam edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Peskov   Rusiya   Ərdoğan   Putin  





Xəbər lenti