Əsgər getmək istəməyən erməni tələbələr aclıq aksiyasına başladılar

Əsgər getmək istəməyən erməni tələbələr aclıq aksiyasına başladılar
  14 Noyabr 2017    Oxunub:2900
Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir.
AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, artıq beş tələbə İrəvan Dövlət Universitetində aclıq aksiyasına başlayıb.

Aksiyaya qoşulan “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan deyib ki, tələblərin dördü müddətli həqiqi hərbi xidmətdə olub: “Biz bununla hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk”.

Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq bir neçə gündür İrəvan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında etiraz aksiyaları keçirirlər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Etiraz   Tələbə  





Xəbər lenti