Erməni artilleriyaçılar öz hərbi hissələrini bombalayıb

Erməni artilleriyaçılar öz hərbi hissələrini bombalayıb
  14 Noyabr 2017    Oxunub:8224
Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.
Bu barədə AzVision.az erməni mətbuatına istinadən xəbər verir.

Belə ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb.

Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti