İndoneziyada 15 min nəfər evakuasiya olundu - FOTOLAR

İndoneziyada 15 min nəfər evakuasiya olundu - FOTOLAR
  20 Sentyabr 2013    Oxunub:1530
İndoneziyada 15 min sakin evakuasiya olunub.
AzVision.az xəbər verir ki, İndoneziyanın Sinabunq vulkanının püskürməsinə görə yaxın yaşayış məntəqələrindən on beş mindən çox sakin evakuasiya olunub. Təbii fəlakət Sumatra adasının şimalında yerləşən 12 kəndi tamamilə məhv edib. Vulkana görə bütün uçuşlar təxirə salınıb.

İndoneziya Sakit okean tektonik zonasında yerləşir. Ərazidə çoxlu sayda fəaliyyətdə olan vulkanlar yerləşir. Sinabunq vulkanı isə son üç ildə ikinci dəfədir püskürür.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti