Lavrov Qarabağa görə Bakıya gəlir

Lavrov Qarabağa görə Bakıya gəlir
  14 Noyabr 2017    Oxunub:2438
Gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana və Ermənistana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “168 jam” qəzeti Rusiyadakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Lavrov noyabrın 19-da Bakıya gələcək. Noyabrın 20-də isə Rusiyanın xarici işlər naziri İrəvana səfər edəcək.

Səfər zamanı nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Qarabağ  





Xəbər lenti