Lavrov Bakı və İrəvanda Qarabağı müzakirə edəcəyini bəyan etdi
Lavrov səfəri zamanı Dağlıq Qarabağ münaqişəsin də müzakirə edəcəyini deyib:
“Düzü, biz bu barədə hələ rəsmi açıqlama verməmişik. Ancaq gizlətməli bir şey yoxdur. Gələn həftə İrəvan və Bakıya səfər edəcəyəm. İlk növbədə bu səfərdə məqsəd Ermənistan-Rusiya və Azərbaycan-Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı tədbirlərə qatılmaqdır. Görüşlər zamanı, həmçinin ikitərəfli, o cümlədən regional məsələlər də müzakirə olunacaq. Həmçinin biz prezidentlərin sonuncu görüşündən sonra Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesində hazırda harada olduğumuzu aydınlaşdırmağa çalışacağıq”.
Eldar Tanrıverdiyev
AzVision.az