Məmmədyarov Sudan səfirini qəbul edib

Məmmədyarov Sudan səfirini qəbul edib
  14 Noyabr 2017    Oxunub:1248
Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdullanı qəbul edib
AzVision.az XİN-in saytına istinadən verdiyi xəbərə görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov A. M. Ə. Abdullanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Məmmədyarov   Sudan  





Xəbər lenti