Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə edib

Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə edib
  14 Noyabr 2017    Oxunub:1546
Rusiyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi, münaqişənin həlli prosesinin irəliləməsi üçün zəruri addımların atılmasını müzakirə edib.

Görüşdə, həmçinin Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə dair fikir mübadiləsi aparılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ATƏT   Qarabağ  





Xəbər lenti