İrəvanda sahibkarlar etiraza qalxdı - VİDEO

İrəvanda sahibkarlar etiraza qalxdı - VİDEO
  14 Noyabr 2017    Oxunub:1836
Ermənistanda yenidən etiraz aksiyası keçirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə sahibkarlar etiraza qalxıb. İrəvanda yerləşən “Arinch Mall” Ticarət Mərkəzində çalışan sahibkarlar Vergi Məcəlləsinə edilən dəyişikliklərdən narazıdırlar.
Onlar vergi müfəttişləri tərəfindən təzyiqlərə məruz qaldıqlarını, maneələrlə üzləşdiklərini bildiriblər.

Erməni deputat, “Tsarukyan” fraksiyasının üzvü Naira Zöhrabyan bu gün parlamentin iclasında sahibkarların problemlərini qaldırıb. O, bildirib ki, dövlət qurumları tərəfindən sahibkarlara qarşı terror həyata keçirilir.

"Baş verənlər insan hüquqlarının kobud pozulmasıdır. Fəaliyyəti iflasa uğrayan hökümət hara getməli olduğunu bilməlidir”- deyə erməni deputat hökuməti tənqid edib.



Alpər Mövludoğlu



Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti