“Cəmil Həsənli barəsində tədbir görülməlidir”

“Cəmil Həsənli barəsində tədbir görülməlidir”
  20 Sentyabr 2013    Oxunub:1036
“Prezidentliyə namizədlərin 19 oktyabrda İctimai Televiziyada növbəti teledebatda yaşanan gərginlik ölkə ictimaiyyətində böyük narahatlıq yaratdı”.
AzVision.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Facebook sosial şəbəkəsində prezidentliyə namizədlərin debatdakı davasına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, “Demokratik Qüvvələrin Milli Şurası" təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizəd Cəmil Həsənlinin dünənki hərəkəti böyük təəccüb doğurur: “Toxunuzmazlıq statusundan istifadə edərək Cəmil Həsənli dünən Seçki Məcəlləsinin müddəalarını kobud surətdə pozaraq süni gərginlik yaratmağa çalışmış, digər namizədlərin şəxsiyyətinə toxunub, reqlamenti dəfələrlə pozub, digərilərinin vaxtına girərək qaydaları kobud surətdə pozub. Onun hərəkətləri dəyirmi masanın müəyyən müddətə işinin pozulmasına gətirib çıxarıbr.

Ona görə də hesab edirəm ki, Cəmil Həsənlinin prezidentliyə namizədə uyğun olmayan hərəkət etdiyinə görə MSK bu məsələni geniş müzakirə onun barəsində tədbir görməlidir. Cəmil Həsənlinin digər namizədlərin də qatıldığı dəyirmi masada bu cür süni gərginlik yaradan hərəkətlərə yol verməsi kobud qanun pozuntusudur. Düzdür Cəmil Həsənli prezidentliyə namizəd olduğundan onu studiyadan zor tətbiq edib çıxartmaq olmazdı, amma namizəd olduğuna görə istədiyi hərəkət etməyə haqq qazandırıla bilməz . Odur ki, MSK bua ciddi reaksiya verərək onu məsuliyyətə cəlb etməlidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti