Moskvada 69 ekstremist saxlanılıb

Moskvada 69 ekstremist saxlanılıb
  14 Noyabr 2017    Oxunub:1407
Moskvada fəaliyyəti qadağan olunmuş “Təbliği Camaat” ekstremist təşkilatının üzvləri saxlanılıb.
Rusiya KİV-lərinin verdiyi məlumata görə, həyata keçirilən əməliyyatlar nəticəsində təşkilatın 69 üzvü saxlanılıb.

Əməliyyat nəticəsində ekstremist ədəbiyyat, rabitə vasitələri və elektron məlumat daşıyıcıları müsadirə olunub.

Qeyd edək ki, “Təbliği Camaat” ekstremist təşkilatının fəaliyyəti Rusiyada 2009-cu ildə qadağan edilib.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti