Tbilisi aeroportunda fövqəladə vəziyyət: Uçuşlar təxirə salındı

Tbilisi aeroportunda fövqəladə vəziyyət: Uçuşlar təxirə salındı
  15 Noyabr 2017    Oxunub:2217
Tbilisi beynəlxalq hava limanında təhlükəli vəziyyət yaranıb.

AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, polisə hava limanına partlayıcı maddə qoyulması haqda məlumat daxil olub.
Anonim zəngdən sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal əməliyyata başlayıb. Hava limanı istiqamətində yollar bağlanıb, uçuşlar təxirə salınıb. Hava limanındakı sərnişinlər təxliyə olunublar.

Hazırda polis əməkdaşları axtarış-xilasetmə tədbirlərini davam etdirir.

AzVision.az


Teqlər: Gürcüstan   Tbilisi  





Xəbər lenti