Axtarışda olan 20 nəfər tutulub

Axtarışda olan 20 nəfər tutulub
  15 Noyabr 2017    Oxunub:1076
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti