Sarkisyan Putinin dəvətilə Rusiyaya gedir

Sarkisyan Putinin dəvətilə Rusiyaya gedir
  15 Noyabr 2017    Oxunub:1444
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək.
AzVision.az-ın “news.am”-a istinadən verdiyi xəbərə görə, Putin-Sarkisyan görüşündə iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Daha sonra prezidentlər Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

AzVision.az



Teqlər: Rusiya   Ermənistan   Sarkisyan   Putin  





Xəbər lenti