93 yaşlı prezident 37 ildən sonra devrildi
Qiyamçılar həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib. O, prezidetliyə namizəd şəxslərdən biri hesab olunurdu. Eyni zamanda hərbi çevrilişdən sonra vitse-prezident Emmerson Mnanqava da vəzifəsindən kənarlaşdırılıb.
“ZBC” dövlət teleradio şirkətinin binası ələ keçirilib. Zimbabve hökuməti paytaxt Hararedə əsas obyektlərin hərbi mühafizəsini gücləndirməyə qərar verib. Hərbçilər şəhərin əsas magistral yollarında blokpostlar qururlar. Prezident sarayının da mühafizəsi xeyli gücləndirilib.
Qeyd edək ki, noyabrın əvvəlində Zimbabve prezidenti 93 yaşlı Robert Muqabe xələfi hesab edilən müavini, orduda böyük nüfuza malik olan Emmerson Mnanqaqvanı istefaya göndərib. Baş Qərargah rəisi Konstantin Çivenqa prezidentdən hakim partiyanın sıralarında təmizləməyə son qoymağı tələb edib.
AzVision.az
Teqlər: Zimbabve