Nazirlik kömür hazırlayanlara qarşı reydlər keçirir
Eyni zamanda Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Faktla bağlı akt tərtib edilib və gələcəkdə belə hallara yol verilməməsi üçün Muxas bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib. Reydlər zamanı aşkar olunan kömür quyuları ləğv edilib.
Həmçinin reydlər zamanı Şəmkir rayonu Düyərli kəndində Yaşar Qənbərov və Azər Verdiyevə, Dəllər qəsəbəsində Rasim Sadıqova, Tovuz rayonu Tovuzçay çayı sahilində Sarxan Mirzəyevə, Qovlar qəsəbəsində Coşqun Binnətova məxsus yeşik sexlərində ümumilikdə 9,6 m3 həcmdə 1908,12 manat nırx dəyərində meşə materialları aşkar olunub. Təqsirkarlar barəsində akt və protokollar tərtib edilib. Hazırda reydlər davam etdirilir.
AzVision.az
Teqlər: Oğuz