İrəvanda tələbələrlə polis arasında qarşıdurma - Etirazlar davam edir

İrəvanda tələbələrlə polis arasında qarşıdurma - Etirazlar davam edir
  15 Noyabr 2017    Oxunub:2448
İrəvanda tələbələrin etiraz aksiyası davam edir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tələbələr parlament binasının qarşısında toplaşaraq etirazlarını bildirirlər.
"Elmin inkişafı naminə" hərəkatın üzvü Vaqan Kostanyan tələblərin təlsim olmayacağını bəyan edib. Daha sonra bir qrup tələbə parlamentə gedən yolu bağlayıb. İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb.

Nəticədə polislərlə tələbələr arasında qarşıdurma yaranıb. Əraziyə əlavə polis qüvvələri çağırılıb. Amma polislər Baqramyan prospektindən etirazçı tələbələri uzaqlaşdıra bilməyib. Hazırda etiraz aksiyası davam edir.



Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq bir neçə gündür İrəvan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında etiraz aksiyaları keçirir.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti