Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq
AzVision.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir deyib ki, ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb:
S.Müslümov bildirib ki, növbəti ildə isə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza hədəf qoymuşuq”.
Nazir əlavə edib ki, əmək qabiliyyəti olan insanları işlə təmin etməklə ünvanlı sosial yardım sistemini aradan qaldırmaq mümkün olacaq.
“Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq. Proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumdan yuxarı miqdarda orta məbləğ müəyyənləşdirərək yardım verəcək”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Səlim-Müslümov Nazir