Klinton, Buş və Obamanın pensiyası azaldıldı

Klinton, Buş və Obamanın pensiyası azaldıldı
  15 Noyabr 2017    Oxunub:3378
ABŞ konqresi sabiq prezidentlərin pensiyalarının azaldılması haqqında qanunu təsdiqləyib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanuna əsasən, keçmiş prezidentlərin təqaüdlərinin illik həcmi 200 min dollara qədər, digər məsrəfləri üçün ayrılan məbləğ isə 500 min dollaradək azaldılacaq.
Bununla yanaşı, qanun 10 il ərzində bu məbləğin tədricən ixtisar edilərək 250 min dollara endirilməsini nəzərdə tutur.

Amerikalı qanunvericilərin fikrincə, hazırda ABŞ administrasiyasının sabiq başçılarının dövlət tərəfindən maliyyə dəstəyinə ehtiyacı yoxdur. Onlar yazdıqları kitablardan, həmçinin ictimaiyyət qarşısında çıxışlardan milyonlarla dollar qazana bilərlər.

Qeyd edilək ki, 2017-ci ildə ABŞ-ın sabiq prezidentlərinə ödənilən ümumi məbləğ amerikalı vergi ödəyicilərinə 2,84 milyon dollara başa gəlib.

AzVision.az


Teqlər: ABŞ   Pensiya  





Xəbər lenti