Telman İsmayılovun həbs qərarı qüvvədə qaldı

  15 Noyabr 2017    Oxunub : 431
Telman İsmayılovun həbs qərarı qüvvədə qaldı

Rusiyanın Moskva Şəhər Məhkəməsi iki qətl hadisəsinin təşkilatçılığında ittiham edilən azərbaycanlı iş adamı Telman İsmayılovun şikayətinə baxıb.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Şəhər Məhkəməsi Basmannı rayon məhkəməsinin iş adamının qiyabi həbsi barədə qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, noyabrın 13-də T.İsmayılov beynəlxalq axtarışa verilib. Onun Türkiyədən Fransaya qaçması barədə xəbər yayılıb.

AzVision.az

Teqlər: Telman-İsmayılov